Beynəlxalq axtarışa verilmiş Bəylər Əliyev Rusiyaya ekstradisiya edildi

 27-05-2023

Rusiya Federasiyasında dələduzluq əməlini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş, həmin dövlətin vətəndaşı Bəylər Əliyevin verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan verilən xəbərə görə, Bəylər Əliyev cari ilin fevral ayında ölkəmizdə müəyyən edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyasının tələblərinə əsasən, təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək mayın 25-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.

Bənzər yazılar

0.43353700637817