Nişanlı gənclərin faciəvi sonu “Arzunun vaxtı”nda: “Heç balalarının öldüyündən xəbəri yoxdur” – VİDEO

 23-05-2023

Mayın 22-də Qobustanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə beş nəfər həyatını itirib. Onlardan dördü bir ailənin üzvləridir.

Baku TV-nin əməkdaşı həlak olanların ailəsində olub, qəzanın təfərrüatını araşdırıb.

Məlum olub ki, hadisə həlak olan cütlük üçün Bakıya nişan üzüyü almağa gedərkən baş verib.

“Səhər saat 8-də yola saldım, 9-da zəng edildi ki, xəstəxanaya gəlin. Bacım komadadır. Heç balalarının öldüyündən xəbəri yoxdur. Qızı mənim gəlinimdir. Oğlu da, gəlini də ölüb”, - deyə qəzadan sağ çıxan qadının bacısı, həlak olan Məhərrəm Səmədovun anası deyib.

Daha ətraflı Baku TV-nin süjetində:

Bənzər yazılar

0.47917199134827