Ölkəmizdə səfərdə olan türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör Azərbaycanda mümkün zəlzələ ehtimalından danışıb.
Bizim.media xəbər verir ki, şəhərdə gəzinti zamanı jurnalistlərə açıqlama verən geoloq bildirib ki, Azərbaycan seysmoaktiv zonada yerləşir:
“Sizin mənzərəniz, havanız gözəldir. Amma unutmayın ki, bu mənzərə, bu dağlar elə belə yaranmayıb. Bu dağlar zəlzələlər hesabına formalaşıb. İspaniyadan başlayıb Çinə qədər uzanan bu ərazilər seysmik aktiv zonalardır. Ona görə də Azərbaycanda hər an zəlzələ ola bilər. Zəlzələnin maqnitudasının isə 7,5 bala qədər olma ehtimalı var”.
“Yaxın zamanda İstanbulda daha dəhşətli zəlzələ olacaq. Bu hadisədə ən azı bir milyon insan ölə bilər. Zəlzələ İstanbulu başımıza keçirəcək. Bu, Şərqi Anadolu seysmik xəttinin qırılması nəticəsində gözlənilir”.