Ukraynadakı yeni səfirimiz Ramiz Mehdiyevin qohumudur? - Dosye

 23-05-2023

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini Seymur Qurban oğlu Mərdəliyev vəzifəsindən geri çağırılaraq Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Yeniavaz.com xəbər verir ki, Seymur Mərdəliyev daha əvvəl Xarici İşlər Nazirliyinin (XİN) humanitar və sosial məsələlər idarəsinin şöbə müdiri olub.

2016-cı ildə Seymur Mərdəliyev XİN-in Humanitar və Sosial Məsələlər İdarəsinin rəis müavini təyin edilib.

2019-cu ildə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavin təyin olunub.

Açıq internet resurslarda Seymur Mərdəliyev haqqında yayılan yeganə məlumat odur ki, o, Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyevin kürəkəni - sabiq deputat İlham Əliyevin xalası oğludur.

Bu məlumat mətbuatda 3 il əvvəl yayılıb və bugünə kimi təkzib olunmayıb. Onu da bildirək ki, Seymur Mərdəliyevin həyat yoldaşı Mərziyyə Vəkilova-Mərdəliyeva də Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəlyində çalışır.

Seymur Mərdəliyev 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 

S.Mərdəliyev 2019-cu il dekabrın 26-dan etibarən Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsində işləyib.

Müəllif Elnur Əli

Mənbə Yeniavaz.com

Bənzər yazılar

0.42804598808289