13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs saxlanıldı

 22-05-2023

Tovuzda 13 yaşlı qızı qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

“Qeyd edim ki, Ə.Tağıyevanın qaçdığı şəxs artıq polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib. Hazırda müvafiq ekspertiza təyin olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Faktla bağlı əlavə məlumat veriləcək”, – E.Qasımov qeyd edib.

Tovuzda itkin düşən 13 yaşlı qızın yeri müəyyənləşdirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun Axar.az-a verdiyi məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.

“Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək. Araşdırmalar davam etdirilir”, – məlumatda bildirilir.

Bənzər yazılar

0.41321682929993