“Mançester Siti” “Çelsi”ni əliboş yola saldı – VİDEO

 21-05-2023

İngiltərə Premyer Liqasının 37-ci turunda “Mançester Siti” öz meydanında “Çelsi” ilə qarşılaşıb.

Milletinsesi.info xəbər verir ki, çempionluğu rəsmiləşmiş “şəhərlilər” bu matçda minimalhesablı qələbə əldə ediblər - 1:0.

Yeganə qolu 12-ci dəqiqədə Julian Alvares vurub. “Mançester Siti” qələbə sayəsində xalını 88-ə çatdırıb.

Uğursuz mövsüm keçirən “Çelsi” isə 43 xalla 12-cidir.

Bənzər yazılar

0.53203797340393