Üç gün əvvəl Tovuzda 17 yaşlı məktəbli intihar edib.
Rayonun Düz Qırıqlı kənd sakini, 17 yaşlı E.Aslanov yaşadığı evdə həyatına son qoyub.
Düz Qırıqlı kəndindəki 1 saylı orta məktəbin 11-ci sinif şagirdi olan E.Aslanov bir neçə gün əvvəl keçirilən və nəticələri ali məktəbə qəbul prosesində əsas götürülən buraxılış imtahanında 256 bal yığıb. Bu isə kifayət qədər yüksək nəticə hesab edilir. Amma məktəblinin canına nədən qıyması müəmmalıdır.
Bizim.Media olayla bağlı təfərrüatları öyrənməyə çalışıb. Düz Qırıqlı kənd bələdiyyə sədri Azər Zeynalov açıqlamasında E.Aslanovun olduqca tərbiyəli və kasıb ailədə böyüdüyünü bildirib:
“Atası bir neçə ildir ki, dünyasını dəyişib. Kasıb və sakit ailənin uşağı olub. Anası da elə oğlunun oxuduğu Düz Qırıqlı kəndindəki 1 saylı orta məktəbdə ingilis dili müəllimi işləyir.
Yas məclisində özüm də iştirak etmişəm. Hər kəs pərişandır. Oğlanın niyə belə hərəkət etdiyini heç kim bilmir. Hər halda istintaq hərəkətlərindən sonra məlum olacaq”, - deyə A.Zeynalov əlavə edib.