Tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin ümumi həcmi 989,3 mln. manat təşkil edib.
MillətinSəsi.info xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında əksini tapıb.
Qeyd edilib ki, 2021-ci il ərzində İcbari tibbi sığortanın tətbiqi çərçivəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 55 min tibb işçisi (16,5 min həkim və 38,5 min orta tibb heyəti) fəaliyyət göstərib. Bu müddət ərzində 4053,6 min vətəndaş tibbi xidmətlərdən faydalanıb.
2021-ci il üçün İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığına uyğun olaraq sığorta haqqının və icbari tibbi sığorta ilə əhatə olunmayan inzibati ərazi vahidlərinin səhiyyə xərclərinin maliyyələşdirilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin ümumi həcmi 989,3 mln. manat təşkil edib.
Əhalinin sağlamlığının qorunması sahəsində bir sıra dövlət proqramlarının icrası məqsədilə dövlət büdcəsindən 57450,9 min manat vəsait ayrılıb.
"Ana va uşaqların sağlamlığının yaxşılaşdırılması" proqramının icrasına ayrılan vəsaitin həcmi 3175,2 min manat, ondan istifadə edilmiş vəsaitin məbləği 2079,6 min manat olub.
Tibb işçilərinin bilik səviyyəsinin nisbətən yüksəldilməsi, regionlarda antenatal və mamalıq qulluğunun yaxşılaşdırılması üzra seminarlar keçirilib, xidmətin keyfiyyətinin dəyərləndirilməsi üçün monitorinqlər aparılıb, dərman və tibbi sərfiyyat təminatı gücləndirilib.