Bakıda sürücülər arasında qalmaqal: Yolunu kəsib təhqir etdi

 20-05-2023

Bakının Tbilisi prospektində sürücülər arasında mübahisə yaranıb.

Milletinsesi.info xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

“Toyota Prius” markalı 77-GS-319 dövlət nömrə nişanlı avtomobilin sürücüsü digər avtomobilin sürücüsünə qarşı qeyri-etik ifadələr səsləndirərək, nəqliyyat vasitəsinin şüşəsinə yumruq vurub.

Hadisənin baş vermə səbəbi isə bilinmir. 

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən hadisədən məlumatlıdırlar:

“Məsələ ilə bağlı araşdırma aparılır”.

 

Bənzər yazılar

0.44789099693298