Bakıda “KamAZ” minik maşınına çırpıldı 

 20-05-2023

Paytaxtın Nərimanov rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşınının sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini “Priora” markalı minik maşınına çırpıb.

Nəticədə idarəetməni itirən minik avtomobilinin sürücüsü maşını digər avtomobilə çırpıb.

Qəzada “Priora” markalı minik maşınına ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Yolda yaranmış sıxlığı aradan qaldırmaq üçün qəzaya uğramış avtomobillər ərazidən uzaqlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bənzər yazılar

0.41170811653137