Bakıda sürücü maşını işıq dirəyinə çırpdı

 19-05-2023

Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, idarəetməni itirən “Toyota Camry” markalı avtomobilin sürücüsü maşını işıq dirəyinə çırpıb.

İlkin məlumata görə, iki nəfər xəsarət alıb.

Avtomobilə və yol təsərrüfatına ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb ediliblər. Qəzaya uğramış avtomobil ərazidən kənarlaşdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bənzər yazılar

0.43659210205078