Lənkəranda avtomobillər toqquşdu: Ölən və yaralanan var 

 19-05-2023

Lənkəranın Sütəmurdov kəndində avtomobillər toqquşub, ölən və yaralanan var.

“Report”un məlumatına görə, hadisə zamanı VAZ-2106 və “Hyundai” markalı avtomobillər toqquşub.

Qəzadan sonra VAZ-2106 işıq dirəyinə və ağaca çırpılıb. Hadisə nəticəsində VAZ-2106-nın sürücüsü hadisə yerində ölüb, avtomobildə olan qadın sərnişin ağır xəsarətlər alıb.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, “Hyundai” markalı avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Hazırda onun tapılıb istintaqa cəlb olunması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.49494814872742