Tovuzda İcra başçısının bayraqla rəftarı GÜNDƏM OLDU - VİDEO

 30-05-2022

Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.

MillətinSəsi.info xəbər verir ki, əsgərin dəfnindən yayılan görüntülər müzakirələrə səbəb olub.

Belə ki, ötən gün Tovuzda baş tutan dəfn mərasimində rayonun icra başçısı Məmməd Məmmədovun Azərbaycan bayrağına qarşı davranışı birmənalı qarşılanmayıb.

İcra başçısının Azərbaycan bayrağını bükərək həbçinin atasına təqdim etməsini əks etdirən kadrlar sosial şəbəkələrdə gündəmə çevriib və istifadəçilərin tənqidinə səbəb olub.

Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də Laçın rayonu ərazisində qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində bədən xəsarətləri alaraq dünyasını dəyişib.

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam etdirilir.

Bənzər yazılar

0.28410696983337