Göyçayda yol-nəqliyyat hadisəsi baş verdi: Yaralananlar var

 18-05-2023

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report” xəbər verir ki, olay rayonun Mallı-Şıxlı kəndində baş verib.

Hadisə nəticəsində VAZ-2106 markalı avtomobilin sürücüsü idarəetməni itirirərək qəza törədib və iki nəfər xəsarət alıb.

Yaralılardan sürücü 1958-ci il təvəllüdlü Əhmədov Muxtar Soltan oğlu rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Sərnişinin - sürücünün həyat yoldaşının vəziyyəti normal olduğundan evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.39351987838745