Bakıda VAZ hərəkətin əksinə gedərək təhlükə yaratdı

 18-05-2023

Bakıda maşın hərəkətin əksinə doğru gedərək təhlükə yaradıb.

Milletinsesi.info-ın məlumatına görə, hadisə metronun “Nizami” stansiyası istiqamətində Cəfər Cabbarlı və Naxçıvan küçələrinin kəsişməsində qeydə alınıb.

Belə ki, VAZ-21099 markalı maşın hərəkətin əks istiqamətində irəliləməklə digər nəqliyyat vasitələrinə təhlükəli anlar yaşadıb. 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bu cür qayda pozuntusu edən sürücü ətrafdakı hərəkət iştirakçılarına qarşı birbaşa təhlükə yaradır: “Nəqliyyat axınının əksinə hərəkət edən sürücü barəsində qanunamüvafiq tədbir görüləcək. Bu, çox ciddi qayda pozuntusudur və birmənalı olaraq avtomobili, digərlərinin üzərinə yəni axına qarşı sürmək deməkdir. Buna qətiyyən yol vermək olmaz. Sürücü müəyyən ediləcək və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü maddəsi ilə protokol tərtib ediləcək. Faktla bağlı araşdırma aparılır. Bütün sürücülərdən yollarda diqqətli və məsuliyyətli olmaları tələb edilir. Fürsətdən istifadə edib hərəkət iştirakçılarından yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməyi xahiş edirik”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli  bildirib ki, VAZ-21099 markalı 90-ET-628 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi müəyyən edilib: “Paytaxtın Cəfər Cabbarlı küçəsində nəqliyyat axınının əksinə gedərək digər hərəkət iştirakçılarına təhlükə yaradan sürücü barəsində qanuni tədbir görülüb. Sözügedən nəqliyyat vasitəsinin sürücüsü Sumqayıt şəhər sakini Səfiyar Hidayət oğlu Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.4-cü maddəsinə əsasən protokol tərtib edilib. O, 100 manat (4 bal) məbləğində cərimə olunub”.

Həmin videogörüntüləri təqdim edirik:

 

 

Bənzər yazılar

0.42626595497131