“Kədər üçbucağı” filmi “Qızıl palma budağı” mükafatı QAZANIB

 29-05-2022

75-ci Kann Film Festivalında  İsveç rejissoru Ruben Estlundanın “Kədər üçbucağı” filmi “Qızıl palma budağı” mükafatı qazanıb.

Qaliblərin adı Fransanın paytaxtında yerləşən məşhur Festivallar Sarayında elan olunub.

Həmçinin iranlı aktrisa Zar Əmir İbrahimi isə “Ən yaxşı qadın rolu” mükafatını qazanıb.

O, bu nominasiyada qalibiyyəti Əli Abbasinin “Holy Spider”(“Müqəddəs Hörümçək”) filmindəki roluna görə əldə edib.

“Ən yaxşı kişi rolu”nda qalib isə koreyalı Sonq Kanq-ho olub. O, bu mükafatı “Broker” filminə görə qazanıb.

Qısametrajlı filmlərdə isə “Qızıl palma” mükafatını çinli rejissor Jianyinq Çenin “The Water Murmurs”(“Su şırıltısı”) filmi qazanıb.

“Ən yaxşı ssenari” üzrə qalib isveçli rejissor Tarik Salehin “Boy from Heaven”(“Cənnətdən gələn oğlan”) filmi olub.

Mənbə: Swissinfo.ch

Bənzər yazılar

0.19761776924133