“Tuluza”nın bəzi futbolçuları homofobiyaya qarşı aksiya çərçivəsində göy qurşağı formaları geyinməkdən imtina ediblər.
Bu gün Liqa 1-in 35-ci turu çərçivəsində “Tuluza” “Nant”ı qəbul edəcək. Bir neçə futbolçu planlaşdırılmış aksiyaya görə matçda iştirakdan imtina edib.
Qeyd edək ki, bu həftə sonu Fransa liqasında oyunçular homofobiyaya qarşı aksiya çərçivəsində göy qurşağı formaları geyinirlər.
Bunadək “Genqam” futbolçuları da analoji adım ataraq aksiya ilə bağlı öz etirazlarını bildiriblər.
Mənbə: sports.ru