Türkiyənin İstanbul şəhərindən Rusiyanın paytaxtı Moskvaya uçan “Türk Hava Yollarına” məxsus sərnişin təyyarəsi Litvanın paytaxtı Vilnüsda yerləşən Beynəlxalq Hava Limanına məcburi eniş etmək məcburiyyətində qalıb.
Bu barədə Vilnüs Beynəlxalq Hava Limanının ictimai əlaqələr şöbəsinin rəhbəri Marius Zelyanyus məlumat verib.
O qeyd edib ki, təyyarə texniki nasazlıq səbəbindən məcburi eniş edib.
Marius Zelyanyus əlavə edib ki, hazırda laynerə baxış keçirilir.
Mənbə: Lrt.lt