“Sabah”ın baş məşqçisi: “Bu gün uşaqlar Abubakardan, Cenk Tosundan qorxmadılar”

 13-05-2023

“Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda Türkiyənin “Beşiktaş” klubuna qarşı keçirdikləri xeyriyyə oyunundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Milletinsesi.info xəbər verir ki, o, 3:3 hesabı ilə başa çatan matçı şərh edərkən deyib:

“Bu gün yaxşı oyun alındı. Bakıya böyük klub gəlmişdi. Hər iki komanda açıq futbol sərgilədi. Ən əhəmiyyətlisi də qarşılaşmanın zəlzələdən əziyyət çəkənlərə yardım məqsədi ilə təşkil olunması idi”.

39 yaşlı mütəxəssis matçın Konfrans Liqası oyunları öncəsi yaxşı hazırlıq oyunu adlandırıb: “Beynəlxalq qarşılaşma idi. Konfrans Liqasına hazırlıq kimi hesab etmək olar. Bu gün uşaqlar Vensan Abubakar, Cenk Tosun kimi futbolçulardan qorxmadılar. Məğlub da ola bilərdik. Amma cəsur yanaşma çox xoşuma gəldi”.

Rusiyalı mütəxəssis “Qarabağ”ın "Səbail"ə qalib gələrək çempionluğu rəsmiləşdirmək ehtimalı barədə də danışıb. M. Musayev bunun onun kefini pozmayacağını deyib: “Qarabağ"ı, Qurban Qurbanovu təbrik edəcəyəm. Onlar buna layiq idilər. Heç nə mənim əhvali-ruhiyyəmi korlamayacaq”.

Faiq Tahirov

Bənzər yazılar

0.14050006866455