Cəbrayılda avtomobildən narkotik götürülüb 

 11-05-2023

Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində marixuana və metadon həbi aşkar edilərək götürülüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbirləri ilə Siyəzən rayon sakini, əvvəllər məhkum edilmiş Samir Hadıyevin sərnişin qismində əyləşdiyi avtomobil saxlanılıb.

Avtomobildə aparılan müvafiq axtarış zamanı yük yerindən. S.Hadıyevə məxsus 3 kiloqram 520 qram marixuana və 300 metadon həbi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bənzər yazılar

0.43658590316772