Bakıda kuryerin velosipedini oğurlayan şəxs saxlanıldı - VİDEO

 10-05-2023

Paytaxt ərazisində kuryer işləyən şəxsin velosipedi oğurlanıb. 

Baku.ws-in “qaynar xətti”nə daxil olan məlumata görə, hadisə mayın 9-da Fətəli xan Xoyski 98a küçəsində qeydə alınıb.

Şikayətçinin sözlərinə görə, oğurluqla bağlı 18-ci Polis Bölməsinə məlumat verilib.

Hadisə anı binanın təhlükəsizlik kameralarına düşüb. Videoda orta yaşlı kişinin velosipedi oğurlaması aydın görünür.

Paytaxtın Nərimanov rayonunda velosiped oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb.

Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə məhkum olunmuş 1978-ci il təvəllüdlü İslam Babayev müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla onun rayon ərazisində müxtəlif ünvanlardan 5 velosiped oğurlaması müəyyən olunub.

Sözügedən görüntüləri təqdim edirik:

Bənzər yazılar

0.42679905891418