Bakıda motosikletçi qəza törədib, xəsarət alan var

 10-05-2023

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Suraxanı rayonunda 1990-cı il təvəllüdlü Ülkər Nurəddin qızı Veysəlova idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək beton arakəsmələrə çırpılaraq, xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bənzər yazılar

0.470782995224