Bakı şəhərində fəaliyyət göstərən məktəblərdən birində pul yığılması iddia olunub.
Belə ki, Mikayıl Müşfiq adını daşıyan 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığıldığı bildirilib.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan bildirilib ki, idarə tərəfindən müvafiq araşdırma aparılır: “Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin direktoru Rəna Süleymanovanın “Son zəng”də məzunlar üçün birinci sinif şagirdlərindən 70 manat pul yığılması ilə bağlı iddianı araşdırıb.
Qurumdan bildirilib ki, direktorun pul yığması iddiası öz təsdiqin tapmayıb: “Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə “Son zəng” tədbirinin keçirilməsi üçün şagirdlərdən pul tələb olunmasına dair məsələ araşdırılıb. Araşdırma zamanı qeyd olunan hallar təsdiqini tapmayıb”.