Salyanda 22 yaşlı gənc bıçaqlandı

 06-05-2023

Salyanda 22 yaşlı gənc bıçaqlanıb.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında H.Əliyev adına parkda qeydə alınıb.

Belə ki, Salyan şəhəri, Tale Davudzadə küçəsi, 132 ünvanında yaşayan Quliyev Keran İntiqam oğlu bədəninin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralı dərhal cərrahiyyə blokuna qaldırılaraq əməliyyat olunub.

Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu deyilir.

K.Quliyevin tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.35493111610413