ABŞ Prezidenti Co Baydenin ictimai bəyənilmə reytinqi bu həftə 36%-ə düşüb və bu, onun prezidentliyinin ən aşağı səviyyəsidir.
“Reuters”in mayın 24-də yayımlanan “Reuters/Ipsos” sorğusuna istinadən verdiyi məlumata görə, iki günlük milli sorğu amerikalıların 59%-nin Baydenin işini bəyənmədiyini göstərib. Onun ümumi reytinqi keçən həftə 42%-dən altı faiz bəndi azalıb.
Nəşr bunu amerikalıların artan inflyasiyadan əziyyət çəkməsi ilə əlaqələndirir.
Mənbə: Ukrainskaya pravda