Milli Məclisin İntizam Komissiyası deputat Vahid Əhmədova töhmət verib

 28-04-2023

Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qapalı iclasa deputat Vahid Əhmədov dəvət edilib.

Bildirilib ki, deputat Vahid Əhmədova töhmət verilib.

Qeyd edək ki, Milli Məclisin iclasında deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpib.

Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova tapşırıq verib ki, məsələ ilə məşğul olub, İntizam Komissiyasının iclası keçirilsin.

Bənzər yazılar

0.39902305603027