Leonid Yakuboviç məşhur “Pole Çudes” haqqında sirri açıqladı: “33 il əvvəl belə qərar verilib...”

 27-04-2023

Məşhur rusiyalı teleaparıcı Leonid Yakuboviç “Pole Çudes” şou-proqramının iştirakçıları üçün tapşırıqları kimin hazırladığı barədə danışıb.  

Yakuboviçin sözlərinə görə, onun özü üçün bu sirdir. “33 il əvvəl bunun belə olmasına qərar verilib”, - deyə o bildirib.

Yakuboviç qeyd edib ki, tapşırıqlar iki redaktor tərəfindən hazırlanır və proqramın başlamasına bir dəqiqə qalmış teleaparıcıya gətirilir.

“Mən artıq studiyada olanda tapşırıqlar mənim önümdəki zərfin içində olur və o zaman acılır”, - deyə o əlavə edib.

“Mən yalnız xüsusi layihə hazırlanarkən tapşırıq mövzularının seçilməsi ilə bağlı tövsiyə verə bilərəm. Məsələn, biz hansısa müəssisə, hansısa respublika, hətta bir dövlətlə oynadığımız zaman bu mümkün ola bilər”, - deyə o vurğulayıb.

Mənbə: Teleprogramma.pro

Bənzər yazılar

0.22325587272644