“Spartak” futbol klubunun rəhbərliyi ikinci komanda olan “Spartak-2”ni bağlamaq qərarına gəlib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Buna səbəb kimi klubun büdcəsinin məcburi şəkildə azaldılması və obyektiv maliyyə çətinlikləri göstərilib.
Həmçinin, “Spartak” qeyd edib ki, məşqçilər korpusu və ikinci komandanın oyunçuları ilə gələcək əməkdaşlıq barədə qərar fərdi qaydada veriləcək.
Qeyd edək ki, Rusiya paytaxtını təmsil edən “Spartak” “Yandex” araşdırmasına görə, ölkənin ən populyar futbol klubudur, həmçinin Avropanın ən populyar 20 klubuna daxildir. 12 dəfə SSRİ, doqquz dəfə Rusiya çempionu, SSRİ Kubokunun onqat və Rusiya Kubokunun üçqat qalibidir.
Mənbə: mk.ru