Azarkeşlər universitetin idman zalını zibilliyə çevirdilər - FOTO/VİDEO

 24-04-2023

Azarkeşlər Azərbaycan Texniki Universitetinin idman zalını natəmiz hala salıblar.

Milletinsesi.info xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə foto və videolar paylaşılıb. 

Qeyd edilib ki, universitetlərarası basketbol liqasının final oyunundan sonra tribunaların arası azarkeşlər tərəfindən atılmış tullantılar sayəsində zibilliyə çevrilib.

Sosial şəbəkə istifadəçiləri əksəriyyətini universitetlərin ali təhsilli tələbələri təşkil edən azarkeşləri yaranmış mənzərəyə görə qınayıblar.

Sözügedən görüntüləri təqdim edirik:


Aysel Aslan 

Bənzər yazılar

0.45649695396423