Artezian olsa da, susuz qalan kənd - VİDEO

 22-04-2023

Su problemi yaşanan əksər kəndlərdə ya artezian quyuları, ya da bulaqlar qurumuş olur.

Şabranın Ağalıq kəndində isə vəziyyət fərqlidir. Artezian quyusu da var, su da. Amma minə yaxın sakin su dərdi çəkir.

Sakinlər bildiriblər ki, mövcud problemlə bağlı dəfələrlə kənd bələdiyyəsinə üz tutsalar da, məsələ hələ öz həllini tapmayıb:

“Bələdiyyə deyir ki, əlinizdən nə gəlir, onu da edin”.

Kənd sakinlərinin sözlərinə görə, bələdiyyədən bildiriblər ki, bəzi sakinlər su pulunu ödəməyiblər, ona görə də bütün kənd susuz qalıb.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Bənzər yazılar

0.405601978302