149 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, dəyişiklik Bakı şəhərində keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədardır.
Rəsmi məlumata görə, tam bağlanacaq yollara görə (tam məhdudiyyət tətbiq ediləcəyi halda) avtobusun hərəkət sxemində aşağıda göstərilən qaydada dəyişikliklərin edilməsi planlaşdırılır:
“149 nömrəli marşrut üzrə avtobusların hərəkəti alternativ olaraq Bakı Dairəvi Avtomobil yolu - H.Cavid prospekti - Landau küçəsi (Hüseyn Cavid parkı) - “Elmlər Akademiyası” metro stansiyası - Mətbuat prospekti ilə təşkil ediləcək”.