Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov Holokost Anım Günü ilə bağlı paylaşım edib.
Səfir bu barədə “Twitter” hesabında bildirib.
“Biz Holokost qurbanlarının, sırf yəhudi olduqları üçün öldürülən altı milyon yəhudinin xatirəsini hörmətlə anırıq. Mən fəxr edirəm ki, Azərbaycan həmişə xeyli sayda yəhudiyə doğma evləri kimi olub, onlar antisemitizm olmadan, hamı ilə dinc yanaşı yaşayıblar”, - deyə Muxtar Məmmədov paylaşımda qeyd edib.
We commemorate #Holocaust victims, 6 million Jews who were murdered only for being #Jews. I am proud that #Azerbaijan has always been a home to many Jews who lived there in peaceful coexistence with everyone without any anti-Semitism. #NeverAgain#YomHaShoah pic.twitter.com/Q63qZjEdfI
— Mukhtar Mammadov (@MammadovMukhtar) April 18, 2023