Göyçayda güclü külək nəticəsində ağaclar avtomobilin və aptekin üzərinə aşıb

 13-04-2023

Göyçay rayonunda güclü külək nəticəsində ağaclar avtomobilin və aptekin üzərinə aşıb.

“Report” xəbər verir ki, hadisələr şəhərin Nizami küçəsi və Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, küləyin təsirindən ağaclardan biri hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin, digəri isə aptekin damı üzərinə aşıb.

Xoşbəxtlikdən hadisələr zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gün günortadan sonra rayonda güclü külək əsməyə başlayıb və hazırda davam edir. Külək fəsadlar törədib, rayon təsərrüfatına xeyli ziyan vurub. Küləyin təsiri nəticəsində bir neçə yerdə ağaclar aşıb, bəzi tikililərin dam örtüyü uçub, bir neçə kənddə elektrik enerjisinin verilişi dayandırılıb.

Bənzər yazılar

0.42531585693359