Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkələrdə yaydığı kadrlar müzakirələrə səbəb olub.
MillətinSəsi.info xəbər verir ki, kadrlarda onun əlil bir şəxsi lentə aldığı görünür. Həmin şəxs B. Bağırzadədən onu lentə almamasını xahiş etsə də, Əməkdar artist buna məhəl qoymur.
Kadrlar sözügedən şəxsin Bəhram Bağırzadənin verdiyi sualı cavablandırması ilə başa çatır. Qısa müddətdə sosial şəbəkələrdə yayılan kadrlar istifadəçilərin müzakirəsinə, bəzilərinin isə tənqidinə səbəb olub. O, bir müddətdən sonra kadrları sosial şəbəkə hesablarından silib.
Etik qaydaları nəzərə alaraq, Bəhram Bağırzadənin çəkdiyi şəxsin videosunu üzübağlı təqdim edirik: