“Accessbank” yığılmış zərərindən qurtula bilmir

 07-04-2023

“Accessbank” 2022-ci ili yığılmış zərərlə başa vurub.

Demokrat.az 
xəbər verir ki, bank 2022-ci ilin sonunda yığılmış zərərindən 10 milyon 325 min manat silsə də yığılmış zərərdən qurtula bilməyib. 


Belə ki, bankın sözügedən zərəri 175 milyon 547 min manatdan 165 milyon 222 min manata düşüb. Bu da zərərin 5,9 faizini təşkil edir. 

“Accessbank” yığılmış zərəri bankın cəmi kapitalından 1.4 dəfə böyükdür. Cəmi öhdəliklərinin isə 15,6 faizini təşkil edir.

Qeyd edək ki, 2022-ci ilin sonunda bankın ipotekaya verdiyi kreditlərdə də 22,8 faiz azalma olub. Bu azalmadan sonra bankın daşınmaz əmlaka verdiyi kreditlər 6 milyon 886 min manatdan 5 milyon 317 min manata enib.

Bənzər yazılar

0.13716101646423