Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi tender müsabiqəsinin qalibi “RR Travel Company” MMC (VÖEN – 1305786331) olub.
Yeniavaz.com xəbər verir ki, Dövlət Komitəsi QSC-yə dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalınmasına görə 1 milyon 48 min 978 manat 70 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 10 manat nizamnamə kapitalı olan “RR Travel Company” MMC-nin qanuni təmsilçisi Günəş Şirvanskaya Yəhya qızıdır.
Şirkət 21.11.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Yasamal rayonu, Mirəli Seyidov, ev 35. M. 3-də yerləşir.
Qeyd edək ki, “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb. “RR Travel Company” MMC “RR Group of Companies” MMC-yə bağlı olduğu bildirilir. Nizamnamə kapitalı 40 manat olan “RR Group of Companies” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin sahibi Qarayev Rafiq Hümbət oğludur.
Müəllif Elnur Əli