Hansı rayonda neçə baş eşşək var? - Tam siyahı

 05-04-2023

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 20 min 20 baş eşşək mövcud olub. 

Rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, ötən bir il ərzində eşşəklərin sayı 4,9% və ya 1 027 baş azalıb.

Açıqlanan rəsmi məlumatlar göstərir ki, son illər ərzində Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Son 16 ildə - 2008-2023-cü illərdə Azərbaycanda eşşəklərin sayı 2 dəfədən çox azalaraq 47,2 mindən 20 min başa düşüb. 

Son 16 ildə eşşəklərin sayı aşağıdakı kimi olub:

Tarix Eşşəklərin sayı
1 yanvar 2008-ci il 47,2 min
1 yanvar 2009-cu il 46,4 min
1 yanvar 2010-cu il 46,0 min
1 yanvar 2011-ci il 46,1 min
1 yanvar 2012-ci il 45,9 min
1 yanvar 2013-ci il 44,3 min
1 yanvar 2014-cü il 43,4 min
1 yanvar 2015-ci il 40,0 min
1 yanvar 2016-cı il 35,8 min
1 yanvar 2017-ci il 34,1 min
1 yanvar 2018-ci il 30,9 min
1 yanvar 2019-cu il 28,0 min
1 yanvar 2020-cu il 25,8 min
1 yanvar 2021-ci il 23,4 min
1 yanvar 2022-ci il 21,05 min
1 yanvar 2023-cü il 20,02 min


2021-ci ilin əvvəlində Bakı şəhərində (Xəzər rayonu) qeydə alınan 3 eşşək 2022-ci ilin əvvəlində olmayıb. Bu ilin əvvəlində isə yenidən Sabunçu rayonunda 2 eşşək qeydə alınıb.

Onu da bildirək ki, son 8 ildə Bakı şəhərində eşşəklərin sayı aşağıdakı kimi olub:

2016 2017 2018 2019 2020 2021 2022 2023
19 13 17 8 9 3 - 2


Məlumat üçün bildirək ki, Azərbaycanda ən çox eşşəyin olduğu rayon Şahbuz rayonu olub – 1 717 baş. Ən az eşşəyin olduğu rayon isə Ucar rayonu olub - 1 baş.

İşğal altında olan torpaqlar azad olunduqdan – 2020-ci ildən sonra Kəlbəcər, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında da eşşəklər qeydə alınıb.

Azərbaycanın şəhər və rayonlarında eşşəklərin sayı belə olub.       

 

Şəhər və rayonlar Eşşəklərin sayı
01.01.2021 01.01.2022 01.01.2023
Bakı şəhəri 3 - 2
Xızı rayonu 89 73 78
Abşeron rayonu 15 15 10
Qazax rayonu 1 158 991 936
Ağstafa rayonu 1 852 1 372 1 273
Tovuz rayonu 1 680 1 161 847
Şəmkir rayonu 1 467 1 476 1 345
Gədəbəy rayonu 409 358 349
Daşkəsən rayonu 261 267 229
Samux rayonu 865 825 767
Göygöl rayonu 236 229 206
Goranboy rayonu 592 574 568
Naftalan şəhəri 2 4 4
Zaqatala rayonu 11 11 16
Qax rayonu 36 35 43
Şəki şəhəri 620 422 406
Oğuz rayonu 209 190 177

 

Bənzər yazılar

0.71618795394897