Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) sahə üzrə əlavə vendorların cəlb olunması məqsədilə bazar iştirakçılarını ixtisaslaşdıqları sahələr üzrə SOCAR-da mütəmadi olaraq keçirilən prekvalifikasiya prosedurlarına cəlb olunmaq üçün müraciət etməyə dəvət edir.
Məlumat üçün bildirilir ki, SOCAR satınalmalarında daim rəqabətin yüksəldilməsi və SOCAR üçün səmərəli dəyərin əldə edilməsi məqsədilə satınalma prosedurlarında daha çox malgöndərənin (podratçının) iştirakında maraqlıdır və bu səbəblə də satınalma funksiyaları tərəfindən SOCAR-da sahələr üzrə əlavə vendorların cəlb olunması ilə bağlı prekvalifikasiya prosedurları mütəmadi olaraq aparılır. Odur ki, SOCAR-ın vendoru olmaq üçün prekvalifikasiya prosedurlarına müraciətlər istənilən vaxt edilə bilər.
Prekvalifikasiya müraciətlərinin asan idarə olunmasının təşkili üçün SOCAR-ın rəsmi internet səhifəsində xüsusi elektron alətlər təsis edilib. Burada SOCAR-ın vendor sahələri, kateqoriyalar, subkateqoriyalarla yanaşı, müraciət formaları və ünvanları, təlimatlar, digər dəstəkləyici materiallar yerləşdirilib.
Maraqlanan potensial malgöndərənlər (podratçılar) prekvalifikasiya prosedurlarının təşkili və idarə olunması barədə normativ sənədlərə və müraciətlərin edilməsi ilə bağlı bölməyə aşağıda göstərilmiş internet linklərindən keçid edə bilərlər:
https://socar.az/az/page/vendor-muracieti
https://socar.az/az/page/satinalma-standartlar
Elan və ya prekvalifikasiya prosedurlarına müraciətlə bağlı suallarınız yaranacağı təqdirdə aşağıdakı əlaqələndirici şəxsə müraciət edə bilərsiz:
Gülsüm Axundova
E-poçt - [email protected]
Telefon – +99412 521 00 00 (daxili 10259)