“Cahan Holding” Kommersiya Şirkətləri İttifaqının İctimai əlaqələr şöbəsinə yeni müdir təyin edilib.
Bu vəzifə Rəşad Əliyevə həvalə olunub.
Qeyd edək ki, o, bir neçə ay öncə şəxsi qərarı ilə 4 il çalışdığı Sumqayıt Texnologiyalar Parkındakı vəzifəsindən ayrılıb.