Bakı metrosunda dilənçilərə qarşı əməliyyat keçirilib, saxlanılanlar var.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə c 16 nəfər, o cümlədən üç kişi, yeddi qadın və altı azyaşlı saxlanılıb və barələrində müvafiq tədbir görülüb.