Aprel ayında Türkiyədə ev və mənzillərin satışı keçən ilin eyni dövrü ilə müqayisədə 38,8 faiz artıb.
Alıcıların xeyli hissəsini Rusiya vətəndaşları təşkil edib. Onların Ukraynadakı vəziyyətə və Qərbin sanksiyalarına görə Türkiyədə kütləvi şəkildə ev və mənzil aldıqları bildirilib.
Bir çox imkanlı rusiyalılar Qərb ölkələrinin Moskvaya qarşı tətbiq etdiyi məhdudiyyətlər fonunda məhz Türkiyəni yaşamaq və investisiya qoymaq üçün təhlükəsiz yer hesab edirlər.
Türkiyə Statistika İdarəsinin məlumatına görə, təkcə bir ay ərzində Rusiya vətəndaşları ilə daşınmaz əmlak əməliyyatları iki dəfədən çox artıb. Belə ki, martda bu rəqəm 547 olduğu halda, apreldə 1152-yə çatıb.
Türkiyədə daşınmaz əmlaka investisiya qoyuluşunun populyarlığına, həm də milli valyuta olan lirənin zəifləməsi səbəb olub. Son bir ildə lirə dollara nisbətdə 44 faiz dəyər itirib.
Mənbə: lenta.ru