Cavanşir Məmmədov: "Dağ boyda insanı itirdik"

 23-03-2023

“Dağ boyda insanı itirdik”. Bu sözləri mərhum televiziya prodüseri, rejissor Oqtay Əliyevlə vida mərasimi zamanı müğənni Cavanşir Məmmədov deyib.

Cavanşir Məmmədov Oqtay Əliyev kimi dəyərli şəxsin yerinin dolmayacağını bildirib: “Xalqımızın başı sağ olsun. Elə adamların yeri dolmur. İki ay əvvəl bir yerdə idik. Xəstəliyi olmayıb”.

Cavanşir Məmmədov sənətdən xəbəri olmayanlara görə, hər kəsin ürək xəstəliyindən əziyyət çəkdiyini əlavə edib: “Biz hamımız ürək xəstəsiyik. Şou-biznesə sənətdən xəbəri olmayan o qədər lazımsız insan gəlir ki. Özlərini apara bilmirlər. Heyif Oqtay kimi dəyərli sənət adamından. Çox yardımsevər idi. Ruhu şad olsun”.

Bənzər yazılar

0.51787781715393