Son bir ildə mənzillərin qiyməti 14 faizə yaxın bahalanıb

 13-08-2025

Bu ilin ikinci rübündə mənzil bazarında qiymət indeksi birinci rübə nəzərən 1,1 faiz artıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Mərkəzi Bankın “Pul Siyasəti İcmalı”nda yer alıb.

Bildirilir ki, bu dövrdə qiymətlər ilkin mənzil bazarında 3,2 faiz, təkrar mənzil bazarında isə 1,1 faiz yüksəlib.

Qeyd olunur ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində ümumi mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz, o cümlədən ilkin mənzil bazarında 12,9 faiz, təkrar mənzil bazarında isə 13,8 faiz artıb.

Elnur Əli

Bənzər yazılar

0.24090504646301