Naxçıvanda şagird sinif yoldaşını bıçaqlayıb

 20-03-2023

Naxçıvanda şagirdlər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün şəhərin Azərbaycan küçəsində baş verib.

Naxçıvan şəhər 17 saylı tam orta məktəbin şagirdi, Naxçıvan şəhər sakini 2007-ci il təvəllüdlü Əli Əliyev münaqişə zəminində sinif yoldaşı tərəfindən bıçaqlanıb. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.48365497589111