Oğuzda avtomobil aşdı: Xəsarət alanlar var

 19-03-2023

Oğuzda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

APA-nın xəbərinə görə, hadisə axşam saatlarında Oğuz şəhərinin girişində baş verib.

Hərəkətdə olan VAZ-21099 markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir elektrik dirəyinə çırpılıb, daha sonra avtomobil aşıb.

Qəza zamanı avtomobilin sürücüsü və bir nəfər sərnişin xəsarət alıb. Yaralılar müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Bənzər yazılar

0.41310119628906