Novruz bayramı münasibətilə Azərbaycanın əksər ali məktəblərində rektorlarının imzaladıqları əmrlərlə universitet əməkdaşlarına əmək haqlarının 10-20 faiz nisbətində pul mükafatı verilir. Lakin bəzi ali təhsil müəssisələrində rektorların yazdığı pul mükafatları pedoqoji və texniki heyətdə narazılıq yaradıb.
Qlobal.az-ın əldə etdiyi məlumatda bayram mükafatına görə əməkdaşları narazı qalan ali təhsil müəssisələrindən biri də Gəncə Dövlət Universitetinin olduğu deyilir.
Belə ki, GDU rektorunun əmrinə əsasən universitet əməkdaşlarına bayram münasibətilə 30 manat pul mükafatı verilib.
Məlumata görə rəhbərlik pul mükafatının azlığını universitetin büdcəsində vəsaitin çatışmazlığı və Türkiyədə baş verən zəlzələyə etdikləri maddi yardım ilə əlaqələndirib.
Məsələ ilə əlaqədar GDU ilə əlaqə saxlayıb mövqe öyrənməyə çalışsaq da, qarşı tərəf mövqe bildirmədi.