“İrşad Electronics” gömrük qanunvericiliyini pozub? - İDDİA

 17-03-2023

Elektronika mağazalar şəbəkəsinə malik olan "İrşad Electronics”ə protokol tərtib edilib. 

Qaynarinfo.az-ın məlumatına görə, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

Belə ki, MMC rəhbərliyi xaricdən gətirdiyi xammalın gömrük bəyannaməsini müvafiq orqana təqdim etməyib. Buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib olunaraq, Nəsimi rayon Məhkəməsinə göndərilib. 

İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq. İddia təsdiqini taparsa, şirkət rəhbərliyi 1500 manat cərimə olunacaq.

Qeyd edək ki, şirkətin qanuni təmsilçisi Aris Şıxəliyevdir.

Bənzər yazılar

0.27983212471008