“Türk dövlətləri (İkinci) Qarabağ müharibəsində Azərbaycanı tək qoymadılar”.
“Report” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev deyib.
O bildirib ki, Türk dövlətləri bundan sonra da həmişə birlikdə olacaq.
Baş katib, həmçinin xatırladıb ki, fövqəladə toplantının Türkiyədə keçirilməsi ilə bağlı təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.