Hyu Qrant “Oskar” mərasimində kobud davranışı ilə təəccübləndirdi - VİDEO

 13-03-2023

Aktyor Hyu Qrant “Oskar” mərasimində kobud davranışı ilə diqqət mərkəzinə düşüb.

Sosial şəbəkə istifadəçiləri “Centlmenlər” filminin ulduzunun model Eşli Qremlə söhbətində özünü ləyaqətsiz apardığını bildiriblər.

Belə ki, Eşli Qrem tədbirin qonaqları ilə qısa müsahibələr alır və onlara standart suallar verib. Hyu Qrant  isə sualları təmkinsiz cavablandırıb, modellə kifayət qədər laqeyd davranıb və onu ciddi qəbul etməyib.

Məsələn, “Oskar” mükafatının təqdimetmə mərasimində ən çox nəyi bəyəndiyi sualına Qrant cavab verməzdən əvvəl bir az fasilə verib, sonra isə bunun heyrətamiz olduğunu deyib.

“Bütün bəşəriyyət buradadır. Bu, şöhrətpərəstlik yarmarkasıdır”, - deyə aktyor əlavə edib.

Qrant qeyd edib ki, o, konkret kiminsə qalib gələcəyini gözləmir, həmçinin kostyumunun markasını da deyə bilməyib.

Aktyorun davranışı sosial şəbəkələrdə sərt reaksiyaya səbəb olub.

“Eşli Qrem Hyu Qranta səbr elədiyi üçün fəxri “Oskar” mükafatına layiqdir”, “Eşli Qrem müsahibə zamanı Hyu Grantla çox gözəl və peşəkar idi, o, isə sadəcə axmaqdır”, “Hyu Qrant, deyəsən, müsahibə zamanı suallar verildiyi üçün şoka düşüb”, - deyə istifadəçilər narazılıqlarını bildiriblər.

 

Mənbə: Vesti.ru

Bənzər yazılar

0.47841215133667