Bərdə rayonun mərkəzində yerləşən və 9 ildir sökülən mədəniyyət evi hələ də bərpa edilmir. Məsələ burasındadır ki, bura Azərbaycanın 3-cü ən böyük mədəniyyət evlərindən biridir. Sakinlər mədəniyyət evinin nə zamman istifadəyə veriləcəyini səbrsizliklə gözləsələr də amma rəsmi qrumlar maliyyə çatışmazlığının olduğunu bildirirlər.
Azərbaycanın 3-cü ən böyük mədəniyyət evlərindən biri olan Bərdə mədəniyyət sarayı 2013-cü ildə sökülüb. Binanın yeni tikintisi nəzərdə tutulsa da 9 ildən çoxdur ki, inşaat işləri dayandırılıb.
Bərdə rayonun mərkəzində yerləşən bu saray Mədəniyyət Nazirliyi tərəfindən sökülüb. 1979-cu ildə təməli qoyulan binanın yenidən tikilməməsi yerli sakinlərin narazılığına səbəb olub.
Sökülən mədəniyyət sarayının 1200 nəfərlik tutumu vardı və öz möhtəşəmliyi ilə seçilirdi. Rayon sakinlərinin sözlərinə görə, bu saray rayon sakinlərinin həyatında mühüm yer tutur və qədim binanın sökülməsi onların ürəyincə olmayıb. Bərdə rayon Mədəniyyət sarayının bərpası üçün 1.5 milyon manat pul da ayırıb.
Rayon sakinləri iddia edirlər ki, onlara yeni tipli mədəniyyət sarayının əvəlkindən 3 dəfə kiçik və cəmi 400 nəfərlik insan tutumuna malik olacağını söyləyiblər.
Məsələyə bağlı Bərdə rayon regional Mədəniyyət idarəsindən bildirilib ki, Tikinti işlərinin dayandırılmasınə səbəb maliyyə çatışmazlığı olub. Bir neçə ay əvvəl Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər dövlət orqanlarının nümayəndələrinin iştiraki ilə tikinti sahəsinə baxış keçirilib. Tikintinin davam etdirilməsi üçün növbəti ilin dövlət proqramına salınıb.